Almaniya və Avstriya qapılarını suriyalı qaçqınlara açdı

dunya
5-09-2015, 20:45 975
Almaniya və Avstriya qapılarını suriyalı qaçqınlara açdı Bu iki ölkə Macarıstandan siyasi qeyri-müəyyənlik səbəbi ilə axın edən mühacirləri qəbul edəcəklər.
Almaniya və Avstriya qapılarını suriyalı qaçqınlarının üzünə açdı.
ANS PRESS-in məlumatına görə, Macarıstandan qatarlar vasitəsi ilə Avropaya getmələrinə icazə verilməyən qaçqınlar Avstriyaya yola duşub.
Miqrantlar Macarıstandan Avstriyaya piyada yola düşüblər. Onlar yola düşdükdən bir müddət sonra Almaniya və Avstriya sərhəddində qaçqınlar üçün sığınacaqların açıldığı xəbəri gəlib.
Avstriya baş naziri Verner Fayman sosial şəbəkədəki rəsmi səhifəsində bildirib ki, Avstriya və Almaniya Macarıstandakı miqrantların ölkələrinə girişinə icazə verəcək. O, siyasi qeyri-müəyyənlik səbəbi ilə axın edən mühacirləri qəbul edəcəklərini deyib.
Verner Fayman - Avstriyanın baş naziri
"Macarıstan sərhədindəki təcili vəziyyət səbəbilə biz Almaniya və Avstriya olaraq qaçqınların ölkəyə etdikləri səyahətlərin davam etməsinə qərar verdik", - deyə Avstriya baş naziri bildirib.
Qeyd edək ki, bütün sosial şəbəkələrdə müzakirə mövzusu olan və dünyanı lərzəyə salan suriyalı körpənin ölümü Britaniya, Fransa, İtaliya və başqa Avropa Birliyi ölkələrini miqrantlara kömək etməyə səsləyib. Onlar ərazilərində qaçqınları yerləşdirmək qərarına gəliblər.
Muğlanın Bodrum rayonunda gəminin batması nəticəsində həyatını itirən 12 nəfərdən Suriya Uyruklu Zahim Kurdi ailəsinin oğulları 2 yaşındakı Aylan Kurdi ve 3 yaşındakı Kalip Kurdinin cənazələri əvvəlcə İstanbula gətirilib, daha sonra isə Suriyanın Kobani şəhərinə aparılaraq dəfn olunublar. Uşaqların atası bundan sonra ömrünün sonunadək orada qalacğını və heç vaxt ölkəni tərk etməyəcəyini deyib.