Türkiyə daha bir şəhid verdi

dunya
5-09-2015, 11:39 892
Türkiyə daha bir şəhid verdi PKK adi vətəndaşları da atəşə tutur.
PKK terrorçuları bu dəfə Tünceli və Şırnak şəhər mərkəzlərinə hücum edib, ölən və yaralılar var.
ANS PRESS-in məlumatına görə, Türkiyənin Tünceli şəhərinə silahlı basqın nəticəsində bir polis şəhid olub, daha bir vətəndaş isə ağır yaralanıb.
Qarşıdurma kameralar tərəfindən qeyd olunub. Hadisə insanların evdən işə getdiyi bir vaxtda baş verib.
İki terrorçu əllərində iri çarplı silahla Şəhid Nahit Bulut Polis Mərkəzinə basqın ediblər. Polis bölməsi önünə qədər gələn silahlılara təhlükəsizlik xidməti layiqli cavab verib.