Batumidə “Əli və Nino” bərpa edildi

dunya
4-09-2015, 15:59 1481
Batumidə “Əli və Nino” bərpa edildi Açılış sentyabrın 15-də baş tutacaq.
Gürcüstanın Batumi şəhərində yerli hakimiyyət azərbaycanlı yazıçı Qurban Səidin “Əli və Nino” əsərinin qəhrəmanlarına həsr edilmiş, daha öncə köçürülərkən ziyan dəyən heykəli bərpa etdilər.
Bu barədə Facebook istifadəçisi Nikolay Ruhadze öz səhifəsində bildirib.
““Əli və Nino”... bu gün yeni yeri nəzərdən keçirdim. Əli və Nino köhnə təməldən 50 metr aralıda, yeni təməldə dayanıblar... Şüşə sədd çəkilib və hərəkət edən fiqurun mexanizmini görmək mümkündür... Gözəl ideyadır və çox gözəl hazırlanıb.
Hasarı götürdükdən sonra postament təməl, dəniz və dağlar görünəcək... Mənə mexanizmin sınaq və fiqurların hərəkətinin videosunu göstərdilər. Hər şey işləyir, fiqurların yaxınlaşması və uzaqlaşması sxem üzrə hərəkət edir. Rahat nəfəs almaq olar”, - Ruhadze qeyd edib.
Bununla yanaşı o, kompozisiyanın açılışının sentyabrın 15-də olacağını da vurğulayıb.