Rusiya Qarabağda sülh istəyir

dunya
4-09-2015, 15:51 1008
Rusiya Qarabağda sülh istəyir Səfirlik cəbhədə gərginliyi şərh edib.
Rusiya ATƏT-in Minsk qrupunun məsul həmsədri kimi Qarabağ məsələsinin istisna olaraq sülh yolu ilə həll edilməsinə səy göstərəcək.
Bu barədə Rusiyanın Ermənistandakı səfirliyində news.am müxbirinin Ermənistan və Azərbaycan sərhəddində hal-hazırkı gərgin vəziyyəti şərh etmək barəsində xahişinə cavabda deyilir.
Səfirlik Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərindən sitat gətirib:
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin arasında razılaşmanın əldə edilməsində vasitəçiliyə öz xarici siyasətinin prioritetlərindən biri kimi baxır”.
“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunda Sergey Lavrovun sentyabrın 1-də bildirdiyi kimi “biz ümumi məxrəcə doğru irəliləməyə çalışırıq. Ümid edirəm ki, inkişafa nail olacağıq”, - Rusiyanın Ermənistandakı səfirliyinin bəyanatında deyilir.