Putin neftin qiymətləri barədə: Faciəli heç nə yoxdur

dunya
4-09-2015, 12:13 915
Putin neftin qiymətləri barədə: Faciəli heç nə yoxdur “Bu, bizdən asılı deyil”.
Rusiya prezidenti Vladimir Putin cümə günü neftin bugünkü qiymətlərində dramatik heç nəyin olmadığını bəyan edib, birja korrektələri gözlənilirdi, Realfakt RİA Novosti-yə istinadən xəbər verir.
“Enerji resurslarının bizim ənənəvi ixrac mallarımızın qiymət dəyişikliklərinə gəldikdə isə bəli, bu, mövcuddur, amma bu, bizdən asılı deyil, bu, dünya iqtisadiyyatında, Asiya bazarlarında ümumilikdə baş verən proseslərdən asılıdr”, - Putin jurnalistlərə deyib.
“Burada faciəli heç nə yoxdur. Düşünürəm ki, birja korrektələri tamamən gözlənilən idi”, - o deyib.
Putin əlavə edib ki, neftin qiymətləri üçün enerji resurslarının təkrar emalı, dünya neft bazarına yeni oyunçuların çıxması da məna kəsb edir.
“Amma mənim fikrimcə, bu, təbii prosesdir. Dünya iqtisadiyyatı, o cümlədən də enerji sektoru, hansısa xarici və ya siyasi amillərin təsiri altında deyil, təbii yolla, normal vəziyyətdə inkişaf etməlidir”, - prezident deyib.