İranın Ərdəbil əyalətində güclü zəlzələ baş verib

dunya
4-09-2015, 11:25 819
İranın Ərdəbil əyalətində güclü zəlzələ baş verib Bu gün səhər İranın Ərdəbil əyalətinin Azərbaycanın cənub bölgəsinə yaxın Parsabad, Biləsuvar və Germi şəhərlərində güclü zəlzələ baş verib.
Bu barədə İRNA agentliyi məlumat verir. Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində yerli sakinlər təşvişə düşüb. Sakinlər evlərini tərk edib küçə və xiyabanlara axışıblar.