Nigeriya pilotsuz aparatlar vasitəsilə neft oğurluğu ilə mübarizə aparacaq

dunya
4-09-2015, 11:23 828
Nigeriya pilotsuz aparatlar vasitəsilə neft oğurluğu ilə mübarizə aparacaq Nigeriyanın dövlət neft şirkəti “Nigerian National Petroleum Corp.” (NNPC) pilotsuz uçuş aparatları vasitəsilə sahil sularında gəmilərin hərəkətinə nəzarət etməyi planlaşdırır.
Məlumata əsasən, belə bir tədbir şelfdə neft oğurluğunun qarşısını alacaq.
Xatırladaq ki, ötən il şirkət boru kəmərlərinə 4 min hücum halı qeydə alıb. Cinayətkarlarla toqquşmada NNPC və ölkənin hüquq-mühafizə orqanlarının ən az 350 əməkdaşı həlak olub.