2019-cu ildə yüksək nəticə qazanmış idmançıların, məşqçi və müəllimlərin təltifolunma mərasimi

tehsil
18-12-2019, 17:21 1206
2019-cu ildə yüksək nəticə qazanmış idmançıların, məşqçi və müəllimlərin təltifolunma mərasimi Dekabrın 18-də Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin 2019-cu ildə yüksək nəticə qazanmış idmançılarının və məşqçi-müəllimlərinin təltifolunma mərasimi keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsil və idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Nazir müavini bildirib ki, Azərbaycanın dövlət quruculuğunun vacib prioritetlərindən olan sağlam həyat tərzinin təbliği və sağlamlığın möhkəmləndirilməsi, idmanın inkişafı dövlət siyasətinin strateji vəzifələri sırasına daxil olub. Firudin Qurbanovun sözlərinə görə, uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, fiziki inkişafının təmini üçün şəraitin yaradılması, idmanın ayrı-ayrı növləri üzrə idman məktəblərinin fəaliyyətinin səmərəli qurulması Təhsil Nazirliyinin əsas vəzifələrindəndir.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman müəssisələrinin ölkəmizin idman həyatında xüsusi rolunun danılmaz olduğunu deyən nazir müavini bildirib ki, həmin müəssisələr uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, onlar arasında sağlam həyat tərzinin təbliği, idman növləri üzrə milli yığma komandalara ehtiyat qüvvələrin hazırlanması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. Nazir müavini çıxışında “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələrinin 2019-cu ildə beynəlxalq yarışlarda qazandığı uğurları xüsusi qeyd edib. Firudin Qurbanov deyib ki, hazırda nazirlik sistemində 76 uşaq-gənclər idman və şahmat məktəbləri fəaliyyət göstərir ki, burada təxminən 60 mindən çox uşaq və gənc idmanın 29 növü ilə məşğul olur.
Nazir müavini çıxışının sonunda təltifolunan şəxslərin hər birini təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, idman məktəblərinin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2017-ci ildə 2346 (respublika 1825, beynəlxalq 521 medal), 2018-ci ildə 2535 (respublika 1993, beynəlxalq 542), 2019-cu ildə isə 2847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanıb.
Sonda 2019-cu ildə yüksək nəticə qazanmış 60 idmançı və yüksək nəticəli idmançıların hazırlanmasında səmərəli fəaliyyətinə görə 44 məşqçi-müəllim, idman tədbirlərinin təşkilində səmərəli fəaliyyətinə görə 4 məşqçi-müəllim və bədən tərbiyəsi və idmanın təbliğ edilməsində səmərəli fəaliyyətinə görə 6 media işçisi təltif olunub. Təltiflər Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının rektoru Fuad Hacıyev, olimpiya çempionları Namiq Abdullayev, Elnur Məmmədli və Zemfira Meftahətdinova tərəfindən təqdim olunub.

2019-cu ildə yüksək nəticə qazanmış idmançıların, məşqçi və müəllimlərin təltifolunma mərasimi2019-cu ildə yüksək nəticə qazanmış idmançıların, məşqçi və müəllimlərin təltifolunma mərasimi2019-cu ildə yüksək nəticə qazanmış idmançıların, məşqçi və müəllimlərin təltifolunma mərasimi