Bakının daha 22 məktəbində “Kiçik Akademiya”lar yaradılacaq
tehsil
29-11-2019, 13:59
1303
![Bakının daha 22 məktəbində “Kiçik Akademiya”lar yaradılacaq Bakının daha 22 məktəbində “Kiçik Akademiya”lar yaradılacaq](/uploads/posts/2019-11/thumbs/1575021563_4.jpg)
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtın 285 ümumi təhsil müəssisəsində "Kiçik Akademiya”lar fəaliyyət göstərir, 22 məktəbdə isə onların yaradılması ilə bağlı hazırlıq işləri görülür, müəllimlər üçün təlimlər keçirilir.
"Kiçik Akademiya”ların elmi-tədqiqat işlərinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu var. "Kiçik Akademiya”yaların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması qarşıya qoyulan əsas hədəflərdəndir.
"Kiçik Akademiya” üzvü olan şagirdlər yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərir, tədqiqat sahəsində potensial imkanları ilə fərqlənir, əldə etdikləri nəticələri sərbəst şəkildə təqdim edirlər.