Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlandı
sehiyye
9-09-2019, 15:50
1023
![Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlandı Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlandı](/uploads/posts/2019-09/1568029845_7.jpg)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib:
"Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb".
Qeyd edək ki, bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.