Almaniya nə Qarabağ rejimini, nə də onun keçirdiyi “seçkiləri” tanıyır

dunya
3-09-2015, 14:10 947
Almaniya nə Qarabağ rejimini, nə də onun keçirdiyi “seçkiləri” tanıyır Ölkə XİN-i bəyanatla çıxış edib.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ABŞ-ın qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçiriləcək “seçkiləri” tanımaması ilə bağlı bəyanatının ardınca Almaniya Federativ Respublikası da məsələyə münasibət açıqlayıb.
Oxu.Az xəbər evrir ki, “Vestnik Kafqaza”nın sorğusuna cavab verən Almaniya XİN-nin mətbuat xidməti bəyan edib ki, “federal hökumət nə Dağlıq Qarabağda de-fakto rejimi, nə də onların keçirdiyi seçkiləri tanıyır”.
Beləliklə, Qarabağ separatçıları tərəfindən quraşdırılmış növbəti “dövlət qurma” cəhdinin rəsmi Berlinə təsir etmə şansı yoxdur.
Almaniya dövlət səviyyəsində “DQR”i tanımamağa dair davamlı siyasət həyata keçirir. O bu mövqeyi müxtəlif sənədlərdə dəstəkləyir. Belə ki, keçən ilin payızında Almaniya hökuməti “Sollar” fraksiyasının parlament sorğusuna cavabında “DQR”-in müdafiə ordusunun yetərli olmasına dair iddianı təkzib edib. O zaman alman hökuməti bildirmişdi ki, qondarma “Dağqlıq Qarabağ Respublikası”nın “özünümüdafiə qüvvələri”nin 23 min əsgəri var. “Onlardan 8 mini Ermənistan Respublikasının nizami ordusunun hərbçiləridir”, - hökumətin cavabında bildirilmişdi.
Almaniyanın federal hökumətinin dünyada apardığı öz hüquqi müdafiə siyasətinə dair sonuncu, 11-ci məruzəsində bildirilmişdi ki, “Ermənistan, atəşkəs elan edilmiş 1994-cü ildən bu günədək işğal altında saxladığı Dağlıq Qarabağ da daxil olmaqla, beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan ərazilərdə insan hüquqlarının vəziyyətinə görə məsuliyyət daşıyır”.