Azərbaycan səfirləri erməni yalanlarını ifşa edirlər

sosial
3-09-2015, 14:09 866
Azərbaycan səfirləri erməni yalanlarını ifşa edirlər “The Guardian” qəzetində.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov erməni müəllifi Simon Maqakyanın “The Guardian” qəzetində dərc edilmiş məqaləsinə cavab veriblər.
Qeyd edək ki, öz məqaləsində Maqakyan Azərbaycanı Culfa şəhərində erməni qəbirstanlığının məhv edilməsində ittiham edərək, İŞİD yaraqlılarının Palmirdə tarixi abidələri məhv etmələri ilə paralel aparmışdı.
Sentyabrın 2-də “The Guardian” erməni yalanlarını ifşa edən azərbaycanlı səfirlərinin cavab məqaləsini dərc edib, Oxu.Az xəbər verir.
“Simon Maqakyanın (Palmir və UNESCOnun irsə yanaşması, Məktub, 27 avqust) mədəni irsin qorunmasının mühümlüyündən yazması və mənim ölkəmi ittiham etməsi gülüncdür.
Ermənistan və Azərbaycan arasında münaqişə zamanı Azərbaycan deyil, Ermənistan monoetnik ölkəyə çevrilib ki, bu da dünyanın bu bölgəsində nadir nümunədir. Bu ölkə özünün etnik azərbaycanlı əhalisinin əsrlərlə yaşı olan mədəni və tarixi irsini silməklə təkmədəniyyətli cəmiyyətə çevrilmək siyasəti aparır”, - səfir Tahir Tağızadə yazır.