Hərbi helikopter qəzaya uğradı

dunya
3-09-2015, 09:51 966
Hərbi helikopter qəzaya uğradı Qəzanın səbəbləri araşdırılır.
ABŞ-ın Kolorado ştatının Duqlas şəhərində hərbi helikopteri qəzaya uğrayıb.
Fort-Karson hərbi bazasından havaya qalxan “Black Hawk” hərbi helikopter meşəlikdə yerə düşüb. Hadisə zamanı helikopterin göyərtəsində olan 4 nəfər əsgərdən ikisi zərər çəkib. “Black Hawk” hərbi helikopteri məşq uçuşunu yerinə yetirirmiş.
Hadisə yeri sıx meşəlik olduğundan zərərçəkmişlərə yardım üçün tibbi vertolyotlar göndərilib. Qəzanın hansı səbəblərdən baş verdiyi araşdırılır.
Qəzaya düşən helikopter