Türkiyə Amerikaya cavab verdi: "şeytanla sövdələşənlər..."

dunya
3-09-2015, 09:48 917
Türkiyə Amerikaya cavab verdi: "şeytanla sövdələşənlər..." “2003-cü ildə İraqın işğalı cənub sərhəddimizdə büllur qab-qacaq mağazasına girmiş buğa təsiri göstərdi."
ABŞ-ın Türkiyədəki keçmiş səfiri Erik Edelmanın “New York Times” qəzetində avqustun 27-də yazdığı məqaləyə rəsmi Ankara cavab verdi. ANS PRESS-in məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın tənqid olunduğu məqaləyə qarşı Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç məktub yazıb.
Qeyd edək ki, Edelman məqalədə Ərdoğanın daxili siyasətdəki qayğılar səbəbindən İncirlik hərbi bazasını istifadəyə açdığını yazıb. Edelman həmçinin, Obama adnimistrasiyasının Türkiyənin yüksək səviyyəli toplantılarda iştirakına məhdudiyyət qoyulmalı, paylaşılan kəşfiyyat məlumatlarının azaldılmalı olduğunu qeyd edib.
Səfir Sərdar Kılıç isə “ABŞ-ın Türkiyə ilə təhlükəli sövdələşməsi” başlıqlı məqaləyə kəskin sözlərlə cavab verib:
“2003-cü ildə İraqın işğalı cənub sərhəddimizdə büllur qab-qacaq mağazasına girmiş buğa təsiri göstərdi. Bu işğalı müdafiə edənlərin yaratdıqları gərginliyin bir başa nəticəsi kimi ortaya çıxan saysız təhdidlər qrşısında Türkiyənin həyata keçirdiyi özünü müdafiə hərəkatının tənqid edilməsi çox qəribədir. Bir terror təşkilatını məğlub etmək üçün başqa terror təşkilatını günahsız göstərərək şeytanla sövdələşənlər bu cür təşəkküllərin sonda onları bəsləyən əli dişləyəcəklərini unutmamalıdır.”