Merkel Hitlerin qızıdır? – Avropanı şoka salan versiya

dunya
2-09-2015, 15:23 793
Merkel Hitlerin qızıdır? – Avropanı şoka salan versiya Almaniya kansleri Angel Merkelin III Reyxkansler Adolf Hitlerin qızı olması iddiası SSRİ dağldıqdan sonra, daha dəqiqi, keçmiş xüsusi xidmət orqanları “KQB” və “Ştazi”yə aid məxfi sənədlərindəki məlumatların aşkara çıxmasından etibarən ciddi şəkildə söylənilməyə başlanıldı. İki ildir ki, bununla bağlı arqumentlər dünyanın bir çox məşhur media vasitələrində yer alıb.
“KQB”nin və “Ştasi”-nin arxiv sənədlərində belə bir maraqlı qeyd var. II Dünya Müharibəsində sonra SSRİ məhkəməsi tərəfindən ittiham olunan Doktor Karl Kaluberq sovetlərin tapşırığı ilə gizli bir missiya üzərində çalışmağa başlayıb. O, “Ştazi”nin nəzarəti altında 7 il bu işi görüb və bitirdikdən sonra sərbəst buraxılıb. Bu haqda “Ştazi”nin sənədlərində dəqiq məlumat var.
Dr.Karl Kaluberq nə ilə məşğul olurdu? Ona tapşırılan iş Adolf Hitlerin dondurulmuş spermasından istifadə edərək, süni mayalanma ilə dünyaya uşaq gətirmək olub. Maraqlıdır ki, Hitlerin dondurulmuş sperması onun faktiki arvadı olmuş Yeva Braunun Şərqi Almaniyadakı kiçik bacısı Gretl Braunun bətninə yerləşdirilib. Onu da qeyd edək ki, Gretl Braun sosialist siyasi baxışlı insan kimi tanınıb.
İşin müəmmalı tərəfi isə budur ki, Dr. Karl Kaluberq sərbəst buraxıldıqdan sonra Qərbi Almaniyaya gedib və orda həbs olunub, 2 il sonra elə həbsdə ikən öldürülüb.
Angela 1954-cü ildə doğulduqdan sonra Horst Kasnerə övladlığa verilir. Anası isə Herlind adlı qadın təyin olunur. Həmin qadının alman-ingilis dilləri üzrə müəllimə olduğu da deyilməkdədir. Hər iki şəxs valideyn olaraq, Lüteran kilsəsi tərəfində təyin ediliblər.
İddialardan biri də Hitlerin uşağı dünyaya gəldikdən sonra SSRİ, ABŞ və Vatikan arasında bir razılıq əldə olunmasıdır. Bu anlaşmaya görə Hitlerin övladını nəzarətə götürən Lüteran kiləsini Katolik kilsəsi himayə etməlidir. Güman olunur ki, bu ssenarinin elementləri müttəfiq güclərin xüsusi nəzarəti altında həyata keçirilib.
Angela Doroti Kasner 1977-ci ildə fizik Ulrix Merkellə ailə qurub. “Merkel” soyadını da o ildən daşımağa başlayıb, lakin 1982-ci ildə onlar boşanmağı qərara alılar.
Nəzərə çarpan məqamlardan biri də Yosef Ratzingerin, yəni XVII Benedikin Roma Papası olmasının dərhal ardından Angela Merkelin Almaniya baş naziri postuna seçilməsidir.