Ermənistanda ara yenidən qarışdı

dunya
2-09-2015, 09:53 888
Ermənistanda ara yenidən qarışdı Ermənistanın paytaxtı İrəvanın mərkəzindəki Marşal Baqramyan prospektində “Soyğunçuluğa yox” hərəkatının tərəfdarları elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirib.
Erməni KİV-ə istinadən məlumatına götə, 200 nəfərə yaxın etirazçılar prezident sarayı qarşısında toplaşaraq dövlət başçısı Serj Sarkisyan ilə görüşün keçirilməsini tələb ediblər.
Məlumata görə, etirazçılar prezident sarayına yaxınlaşmağa cəhd etdikdə polis əməkdaşları icazəsiz aksiyanı dağıtmağa çalışıb, nəticədə qarşıdurma baş verib.
Toqquşmalar zamanı bir neçə etirazçı xəsarət alıb. Qarşıdurma zamanı daha bir neçə etirazçının saxlanıldığı bildirilir.