Danimarkada müsəlman məzarlığı dağıdıldı

dunya
2-09-2015, 09:47 828
Danimarkada müsəlman məzarlığı dağıdıldı Danimarkanın Odense şəhərində yerləşən müsəlman məzarlığına hücum olub. Axar.az xəbər verir ki, naməlum şəxslər 50-ə yaxın qəbri məhv edib. Məsələyə Ədliyyə naziri Sören Pind münasibət bildirib. O, Tvitter hesabında məzarlığa hücum çəkən şəxslərə çağırış edərək hadisəni pisləyib: “Bunu dayandırın. Danimarka olaraq belə bir yolla getmək istəmirik”.