Putin: “Qlobal nəzarət əldən çıxır”

dunya
2-09-2015, 09:42 813
Putin: “Qlobal nəzarət əldən çıxır” Rusiya Prezidenti Vladimir Putin Çin səfəri öncəsi “Xinhua” agentliyinə müsahibə verib. Axar.az xəbər verir ki, beynəlxalq vəziyyətin getdikcə nəzarətdən çıxdığını deyən Putin dünyada artan gərginliyin səbəbini Qərb ölkələrində görüb: “Bəzi ölkələr öz üstünlüklərini qorumaq üçün hər cür qanunsuzluqlara əl atır. Öz ölkələrində insan hüquqları və hüququn üstünlüyündən bəhs edirlər. Lakin BMT-də beynəlxalq arenada dövlətlərin bərabərlik prinsipini unudurlar “. Rusiya və Çin arasında belə bir dövrdə inkişaf edən əlaqələrin əhəmiyyətinə toxunan Kreml rəhbəri yalnız əməkdaşlıq yolu ilə mübarizə aparmağın mümkün olduğunu bildirib: “Belə bir vəziyyətdə Rusiya-Çin əməkdaşlığı inkişaf edir. Milli və regional sabitlik, təhlükəsizlik əsas hədəfimizdir”.