Münasibətlər gərginləşir: Rusiya ukraynalı diplomatı ölkədən qovdu

dunya
2-09-2015, 09:40 927
Münasibətlər gərginləşir: Rusiya ukraynalı diplomatı ölkədən qovdu Rusiya ukraynalı diplomat İqor Fedikeviçi ölkədən çıxarıb.
“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Onun sözlərinə görə, Ukrayna diplomatının Rusiyadan çıxarılması rus diplomatının Odessadan çıxarılmasına cavab olub: “Siz xatırlayırsınız, bizim diplomatımızı Odessadan göndərdilər. Biz simmetrik ölçüləri qəbul edirik”.
Məlumata görə, İqor Fedikeviç Ukraynanın Sankt-Peterburqdakı konsulluğunda işləyirdi.