101 gün girov qalan diplomat deputatlığa hazırlaşır

dunya
2-09-2015, 09:24 842
101 gün girov qalan diplomat deputatlığa hazırlaşır İraqın Mosul şəhərində girov götürülən Türkiyənin Baş konsulu Öztürk Yılmaz seçkilərdə müxalif namizəd olacaq.
2014-cü ilin iyun ayında İŞİD tərəfindən İraqın Mosul şəhərində girov götürülən Baş konsul Öztürk Yılmaz deputat olmaq istəyir.

ANS PRESS-in məlumatına görə, o, namizədliyini Cümhuriyyət Xalq Paritasından (CHP) irəli sürəcək.
Artıq keçmiş əsir namizədliyini təsdiqlətmək üçündə addım atıb. Öztürk bu məqsədlə Türkiyənin Düşənbədəki (Tacikistan) səfiriliyi vəzifəsindən istefa verib.
Keçmiş konsul CHP sədri Kamal Kılıcdaroğlu ilə də görüşüb. Məlumata görə müxalif partiya yeni namizədini 7 iyun seçkilərində deputat mandantı üçün yer ayırmadığı Ardahan şəhərindən irəli sürəcək.
Keçmiş girov - Öztürk Yılmaz
Öztürk Yılmaz istefası və müxalifət partiyaından namizədliyi ilə bağlı açıqlama verərkən bildirib ki, siyasət mənim uşağlığımdan bəri içimdə olan bir həsrətdir.
“Vəzifəmdən istefa verdim. Hər bir vətəndaşın demokratik siyasət haqqı var. Çətin vəzifələrədə təcrübəm olduğundan bu imkanlarımı xalqım üçün xərcləmək isədyirəm.” - deyə Öztürk bildirib.
Öztürk Yılmaz və Əhməd Davudoğlu
2014-cü ilin iyun ayında İŞİD tərəfindən girov götürülən 49 türk diplomatı 101 gün əsir saxlanıldıqdan sonra Türkiyənin keçiridiyi xüsusi əməliyyatla azad edilib.
101 gün ərzində 8 dəfə yer dəyişdirmiş və hər dəfə onların yeri məlum olub. Girovların qaytarılması ilə bağlı digər bir məlumatda isə bildirilirdi ki, Türkiyə tərəfi İŞİD qruplaşmasına külli miqdarda pul ödəyib. Amma Türkiyə Milli Kəşfiyyat idarəsi bu fikri tam təkzib edərək İŞİD tərəfi ilə bu barədə heç bir danışığın olmadığını bildiriblər.
Azad edilən girovlarla görüş
İraqda girovları alan Türkiyə xüsusi xidmət orqanları diplomatların Suriyaya, oradan isə vətənlərinə gətiriblər. Türk diplomatları ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, girovların 101 gün ərzində heç bir təhriklərə uymadığına və möhkəm iradə göstərdiyinə görə təşəkkür edib. Prezident 49 diplomatına görə İŞİD-ə qarşı yaradılan koalisiyaya qoşulmadığını əlavə edib.