Türkiyə limanından çıxan silahla dolu gəmi saxlanılıb

dunya
2-09-2015, 09:23 1017
Türkiyə limanından çıxan silahla dolu gəmi saxlanılıb Gəmi Yunanıstanın Krit adası yaxınlığında həbs edilib.
Yunanıstan sahillərində silah-sursatla dolu gəmi saxlanılıb.
Xarici mətbuata istinadla verdiyi məlumata görə, gəmi Türkiyə sahillərindən Liviya istiqamətində hərəkət edirmiş.
Gəmi Yunanıstanın Krit adası yaxınlığında saxlanılıb.
Gəmiyə baxış zamanı hüquq - mühafizə orqanlarının əməkdaşları böyük həcmdə müxtəlif silah - sursat partiyası aşkar ediblər.
Yük gəmisi Boliviya bayrağı altında üzüb və onun göyərtəsində Misir və Suriya vətəndaşları olub.
Saxlanılan “Həddad-1” markalı gəmi
“Həddad-1” “Həddad-1” markalı yük gəmisində 7 nəfər ekipaj üzvü olub. Gəmi göyərtəsindəki yükü Türkiyənin İsgəndarun limanından Liviyanın Misrata limanına apardığı bildirilir.
Hazırda gəmidə olan silahların kimə və hansı terror qruplaşmasına göndərildiyi araşdırılır.
Gəminin saxlanıldığı-Krit adası sahilləri
Bu Yunanısatan sahilərində silah daşıdığı üçün saxlanılan yük gəmisi deyil. 2013-cü ilin noyabrında kapitanı Türkiyə vətəndaşı olan 20 000 kalaşnıkov və çox sayda partlayıcı maddə dolu gəmi Egey dənizində saxlanılmışdı. Saxlanılan gəminin kapitanı daxil olmaqla 3 Türkiyə və bir Hindistan vətədaşı həbs edilib.
2013-cü ildə saxlanılan gəmidən çıxan silah-sursat
Ümumiyyətlə son vaxtlar Aralıq dənizi sahilləri silah və insan alverçilərinin daha çox cəmləşdiyi regiona çevrilib. Yaxın Şərqda və Şimali Afrikada həm baş verən silahlı qarşıdurmalardan qaçan insanlar həm də qarşıdurmaları yaradan terror təşkilatlarına və siyasi qruplara silah satmaq istəyən mafiyalar öz niyyətlərini Aralıq dənizi vasitəsi ilə həyata keçirirlər.