Rusiya Ermənistana sərmayələrin həcmini kəskin azaltdı

dunya
1-09-2015, 13:44 911
Rusiya Ermənistana sərmayələrin həcmini kəskin azaltdı “Hər şey əksinə oldu”.
Cari ilin birinci yarımilliyində Ermənistan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə - 180 milyon dollardan 65 milyon dollara qədər azalıb.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə “Aykakan jamanak” qəzeti yazır.
Qəzet qeyd edir ki, iqtisadiyyatın bir çox sahələrinə qoyulan investisiyalar praktiki olaraq bütün ölkələrdən azaldılıb. Yalnız dağ sənayesi istisnalıq təşkil edir.
“Qeyd edilir ki, bu, Ermənistanın yeni iqtisadi zonada - Avrasiya İqtisadi İttifaqında olduğu birinci yarım ildə baş verib, halbuki Aİİ-yə daxil olduqdan sonra Ermənistan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcminin artacağı bəyan edilirdi.
Yəni, hər şey əksinə oldu. Bizim Aİİ çərçivəsində əsas tərəfdaşımızın və ənənəvi olaraq Ermənistan iqtisadiyyatına daha çox sərmayə yatıran – Rusiya birinci yarım ildə sərmayələrin həcmini 12 dəfə azaldıb.
Əgər keçən ilin birinci yarım ilində Rusiya tərəfindən birbaşa investisiyaların həcmi 88 milyon dollar idisə, bu il bu sərmayələr 7 milyon həddini çətinliklə aşır”, - qəzet yazır.