İran “S-300”dən sonra qırıcıları da istəyir

dunya
1-09-2015, 10:09 890
İran “S-300”dən sonra qırıcıları da istəyir
“S-300” zenit-raket kompleklərinin çatdırılması barədə Rusiya ilə razılıq əldə edən İran bu ölkədən “Sukhoi-30” qırıcılarını almaq niyyətindədir.
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, İranın müdafiə naziri Hüseyn Dehkan Rusiyadan “Sukhoi-30” tipli döyüş təyyarəsi almaq üçün rusiyalı səlahiyyətlilərlə danışıqlar apardığını söyləyib.
Dünyanın ən inkişaf etmiş döyüş təyyarələrindən olan çoxməqsədli və iki pilotlu “Sukhoi-30” qırıcıları ABŞ-ın F-15 qırıcılarının Rusiyadakı qarşılığı hesab edilir.