ABŞ və Avropa İttifaqı Ermənistana hər il 70 milyon dollar pul verib

dunya
31-08-2015, 15:46 998
ABŞ və Avropa İttifaqı Ermənistana hər il 70 milyon dollar pul verib ABŞ və Avropa İttifaqı son 8 ildə (2006-2014-cü illərdə) Ermənistan hökumtinə 542 milyon dollar qrant verib.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata əsasən, qrant hökumətin çeşidli layihələrinin maliyyələşdirliməsinə xərclənib. Xəbərdə həmin sahələr haqda ətraflı məlumat verilməyib.
Qeyd edək ki, ABŞ və Çin son 10 ildə Ermənistanın Müdafiə Nazirliyinə 45 milyon 500 min dollar məbləğində qrant verib.