Ərdoğan PKK-ya səsləndi: `Silahı yerə qoyun`

dunya
31-08-2015, 15:38 986
Ərdoğan PKK-ya səsləndi: `Silahı yerə qoyun` Türkiyə terrorçuların öz istədiklərini edə biləcəyi ölkə deyil.
Realfakt Anadolu` agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər bayramı ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Türkiyə prezidenti Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlıları tərəfindən ölkə ərazisində törətdikləri terror hücumlarından danışıb: `Xalq hər şeyi görür, bunu sosial şəbəkələrdə aparılan müzakirələr də göstərir. Silahlı Qüvvələr, bütün təhlükəsizlik qüvvələri sona kimi terrorizmlə mübarizə aparacaq`.
Ərdoğan çıxışı zamanı PKK yaraqlılarına da səslənib: `Terrorçular ya silahı yerə qoymalı, ya da ölkəni tərk etməlidilər. Heç kəs qərbdə, şərqdə, cənubda və ya istənilən bir yerdə dinc vətəndaşların həyatına son qoya bilməz. Türkiyə bir neçə cinayətkar və terrorçunun öz istəyini edə biləcəyi bir ölkə deyil. Onlar cəzalandırılacaq və hər şeyə görə cavab verəcəklər`.