ABŞ və Ukrayna Qara dənizdə birgə təlimlərə başlayır

dunya
31-08-2015, 14:14 992
ABŞ və Ukrayna Qara dənizdə birgə təlimlərə başlayır ABŞ və Ukrayna bu gün ikincinin Odessa və Nikolayevsk vilayətlərində "Sea Breeze" təlimlərinə başlayır.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, sentyabrın 12-dək davam edəcək təlimlər çoxmillətli olacaq.
Təlimlərə təkcə ABŞ və Ukraynadan yox, Bolqarıstan, Almaniya, Yunanıstan, İtaliya, Böyük Britaniya, Rumıniya, İsveç, Türkiyə və Moldovadan olan 2.5 min hərbçi, eləcə də gəmi, sualtı qayıq, vertolyot, təyyarə, o cümlədən çarxlı texnikadan ibarət ümumilikdə 150 hərbi texnikanın cəlb ediləcəyi gözlənilir.
Təlimlərin dəniz fazası zamanı suda qarşılıqlı fəaliyyət, sualtı qayıqlara qarşı mübarizə, o cümlədən kiçik gəmilər tərəfindən hücum zamanı müdafiə tədbirləri üzrə əməliyyatlar keçiriləcək.