Təyyarə qəzaya uğradı, ölən var

dunya
31-08-2015, 11:03 870
Təyyarə qəzaya uğradı, ölən var Avstriyada aviaşou zamanı pilotun manevr etməsi baş tutmayıb.
Avstriyada aviaşou zamanı təyyarə qəzaya uğrayıb.
Avstriyanın cənub şəhəri Frizaxda aviaşou zamanı təyyarənin qəzaya uğramasını nəticəsində pilot həlak olub.
Xarici KİV-lərin məlumatına görə, Karintiya əyalətində baş verən hadisəyə səbəb kimi pilotun təyyarəni düzgün idarə edə bilməməsi göstərilir.
Qəzaya uğramış təyyarə
Polis nümayəndəsi Markus Deksl hadisə ilə bağlı danışıb. O deyib ki, pilotun manevr etməsi baş tutmayıb və bu səbəbdən təyyarə qəzaya uğrayıb.
Təyyarənin pilotunun həlak olduğu açıqlansa da, digər qurbanlar haqqında hələ ki, məlumat verilmir.