Rusiya XİN Minsk qrupunun işindən danışdı

dunya
28-08-2015, 11:34 804
Rusiya XİN Minsk qrupunun işindən danışdı “Sual və problemlər ola bilməz”.
Bizdən asılı olmayan səbəblərdən, Rusiyanın başqa ölkələr ilə yaranan fikir ayrılığı Minsk qrupunun işində əks olunmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən bu postda keçirdiyi birinci brifinqində bəyan edib.
“Bizim tərəfimizdən hər hansı bir maneə və ya aspektlər, sual və problemlər ola bilməz. Biz bu formatın iştirakçısıyıq və öz öhdəçiliklərimizə məsuliyyətlə yanaşırıq, bu qrupun gündəmində olan mövzunun nə dərəcədə ciddi olduğunu anlayırıq”, - o deyib.