Yunanıstan yola qadınla davam edəcək

dunya
28-08-2015, 10:29 890
Yunanıstan yola qadınla davam edəcək Artıq Yunanıstanın ilk qadın baş naziri vəzifəsinin icrasına başlayıb.
Yunanıstanın baş naziri Aleksis Sipras istefa veridikdən sonra konstitusiyaya uyğun olaraq seçkilərin sonunadək hökumətə Yunanıstan Ali məhkəməsinin sədri Vasilika Tanu-Xristofilunun başçılıq edəcəyi bildirilirdi.
Məlumata görə, artıq Yunanıstanın ilk qadın baş naziri vəzifəsinin icrasına başlayıb.
Müvəqqəti hökümətin digər 16 üzvünün adları bu gün açıqlanacaq. Tanu-Xristofilu Yunanıstanın 1974-cü ildə demoratik seçki sisteminə keçdikdən sonra hökümətə başçılıq edəcək 16-cı baş naziridir.
Yeni baş nazir Yunanıstan prezidenti Prokopis Pavlopulosun da iştirak etdiyi təntənəli mərasimlə and içdikdən sonra fəaliyyətə başlayıb. Mərasimdə keçmiş baş nazir Aleksis Sipras da iştirak edib.
Vasilika Tanu-Xristofilu və Aleksis Sipras
Yunanıstanın ilk qadın baş naziri-Vasilika Tanu-Xristofilu
65 yaşlı Vasilika Tanu-Xristofilu iyul ayından Yunanıstanın Ali məhkəməsinin sədri vəzifəsində çalışırdı. Avqustun 20-də Yunanıstanın keçmiş baş naziri Aleksis Sipras istefa verib.