Erməni diasporuna Afrika şoku

dunya
28-08-2015, 10:14 918
Erməni diasporuna Afrika şoku Ermənilərin qara qitədə qondarma soyqırımını qəbul etdirmək cəhdləri boşa çıxıb.
Bu ilin aprel ayında 1915-ci il hadisələrini bəzi ölkələrə “soyqırımı” kimi qəbul etdirərək həvəsə düşən ermənilərin bu cəhdi Afrikada boşa çıxıb. ANS PRESS-in Türkiyənin “Takvim” qəzetinə istinadən verdiyi məlumata görə, erməni diasporunun Afrikada bu istiqamətdə apardığı fəaliyyət uğursuzluğa düçar olub. Əksər Afrika ölkəsi 1915-ci il hadisələrinə dair qondarma soyqırımı iddialarını ciddi qəbul etməyib.
Qəzetin bildirdiyinə görə, burda Türkiyənin son 5 ildə Afrikada həyata keçirdiyi siyasətin də təsiri olub. Çünki son illər Türkiyə Afrikaya ən çox yardım edən ölkələrdən biri olub. Bundan sonra bir çox Afrika ölkəsinin parlamentində müzakirəyə çıxarılan qondarma soyqırımı iddiaları ciddi qəbul edilməyib.
100-cü il səbəbilə ermənilərin əhəmiyyət verdiyi bu fəaliyyətin Afrikada uğursuzluğa düçar olması bir çox diaspor işçisini çıxılmaz vəziyyətə salıb.