TSK qadın desantlarla PKK-ya ağır zərbə endirdi

dunya
27-08-2015, 10:10 773
TSK qadın desantlarla PKK-ya ağır zərbə endirdi Türkiyə Silahlı Qüvvələrinin (TSK) PKK terrorçularına qarşı uğurlu əməliyyatları davam edir. Bu dəfəki əməliyyat Şimali İraqda Kandil dağında baş tutub.
Məlumatna görə, avqustun 22-də ordunun hava hücumlarında 14 PKK hədəfi məhv edilib.
Bu dəfəki əməliyyatlarda xüsusi təyinatlı qadınar da iştirak edib. Terrorçuları gizləndiyi mağaraların dağıdılması kəşfiyyat sənədlərində də öz əksini tapib.
Türkiyə ordusunun yenidən Kandil dağına qayıdacağından qorxan terrorçular ölənlərin meyidlərini ərazidə qoyub qaçırlar. Uzun müddət ərazidə qalan meyidlər çürüyür və ətafa pis qoxu yayılır.
Bombalanan bölgə-Kandil dağı
Türkiyə ordusu artıq bir aydan çoxdur ki, terrorçulara qarşı əməliyyatlarını davam etdirir. Son məlumatlara görə, ümumilikdə əməliyyatlarda 814 terrorçu öldürülüb.
Dağlarda gizlənən terrorçular
PKK hücumlarını hökümət idarələrinə və polis məntəqələrinə təşkil edir. Ölkənin bəzi bölgələrində komentant saatı elan edilir və sakinlərin çölə çıxmasına icazə verilimir.