Sorğu:Bakı əhalisi Yeni ili harada və kiminlə qarşılayacaq?

maraqli
20-12-2016, 17:07 1239
Sorğu:Bakı əhalisi Yeni ili harada və kiminlə qarşılayacaq?
Bakılılar Yeni ili evdə ailə üzvlərinin əhatəsində qarşılamağı tərcih edirlər.

Realfakt.Az "ACT Azərbaycan"nın 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Yeni ilin gəlişinə az vaxt qalıb. Artıq əksər insanlar bayram hazırlıqlarına başlayıblar. Yeni il ərəfəsində ağıla ilk gələn suallardan biri də "Yeni ili harada və kiminlə keçirək?" olur.

Sorğu nəticələrinə görə, Bakı sakinlərinin böyük əksəriyyəti Yeni ili ailələri ilə birlikdə (94%) qarşılamağa üstünlük verirlər. Rəyi soruşulan qadınların, demək olar ki, hamısı (97%), kişilərin isə 90 %-i bayramı ailələri ilə keçirməyi tərcih edirlər.

Yeni ili qohum-əqraba əhatəsində qarşılamağı planlaşdıranlar isə 3 % təşkil edir. Kişilərin 4 %, qadınları isə 2 %-i bayramı yaxın qohumların əhatəsində keçirməyi düşünür.

Maraqlı tendensiya kişilərin bayram əhatəsini seçməklə bağlıdır. Belə ki, kişilərin 6 %-i bayramı yaxın dostları ilə keçirməyə hazırlaşdığı halda, 1 % -i onu təkbaşına qeyd etmək niyyətindədir.

Bəs Yeni ili qarşılamaq üçün ideal məkan haradır ?

Böyük əksəriyyət bayramı evində qarşılamaq fikrindədir (91%). Həm qadınlar (92%), həm də kişilər (89 %) bu mövzuda həmfikirdilər.

2 % qadın, 9 % kişi isə 2017-ci ili xaricdə qarşılamaq fikrindədir.
Yeni ili Bakıda qarşılayanların isə 2 %-i bayram günü üz tutacaq Dənizkənarı milli parka.

Yeni ili restoranda qarşılamaq istəyənlər isə qadınlardır (1%).

Sorğu "ACT Azərbaycan" tərəfindən 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.

Sorğu:Bakı əhalisi Yeni ili harada və kiminlə qarşılayacaq?