Valideynlər diqqətli olsun

tehsil
27-08-2015, 09:48 853
Valideynlər diqqətli olsun Saxta məktəbli forması almamaq üçün bir sıra amillərə diqqət yetirmək lazımdır.
Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Şagirdlər bu günü səbirsizliklə gözləsələr də , onların valideynlərini ən çox düşündürən məsələ övladlarını məktəbə tam hazır şəkildə göndərməklə bağlıdır. Bu il bir şagirdin məktəbə yola salınması üçün əvvəlki illərlə müqayisədə daha çox vəsait tələb olunur.
Şagirdlər üçün ən vacib amil onların məktəbli formasının olmasıdır. Çünki ali təhsil müəssisələrində şagirdlərdən məktəbli forması geyinmək tələb olunur. Bu geyimləri isə Bakı Tikiş Evi tərəfindən hazırlanır. Məktəbli formasına köynək, jilet, pencək, ətək və yaxud şalvar daxildir.