Donald Trampın çəkildiyi məşhur film

maraqli
10-11-2016, 15:30 1191
Donald Trampın çəkildiyi məşhur film
Donald Trampın ABŞ prezidenti seçilməsi dünyanın gündəmini dəyişib.

Realfakt.Az-ın Azvision.Az-a istinadən məlumatına görə, Trampla bağlı xəbərlər aparıcı KİV-lərin manşetində yer alır, bu istiqamətdə geniş müzakirələr aparılır.

Bir gündə dünyanın ən məşhur siyasətçisinə çevrilən Tramp biznes fəaliyyəti ilə yanaşı ara-sıra filmlərdə çəkildiyi epizodik rollarla da yaddaşlarda qalıb. D.Tramp indiyədək 18 filmdə rol alıb.

“Evdə tək” kimi məşhur filmdə Trampın epizodik rolu maraqlı təəssürat yaradır. Hollivud rejissorları ilə dostluq edən Tramp 1989-cu ildən bu günlərədək teleseriallarda da çəkilib. Bəzən seriallarda elə özünü - Donald Trampın obrazını canlandırıb.