Almaniyada daha bir qaçqın sığınacağı yanıb
dunya
26-08-2015, 11:43
904
![Almaniyada daha bir qaçqın sığınacağı yanıb Almaniyada daha bir qaçqın sığınacağı yanıb](/uploads/posts/2015-08/1440571374_38.jpg)
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə polisin məlumatında bildirilir.
Polis yanğının texniki nasazlıq səbəbindən baş verməsi versiyasını az ehtimal edir və hesab edir ki, yanğın qəsdən törədilib.
Brandenburq torpağının baş naziri Ditmar Voydke öz növbəsində vəd edib ki, yerli hakimiyyət istənilən dözümsüzlük halları ilə barışmayacaq. O bildirib ki, hadisəni törədənlər məsuliyyətə cəlb ediləcəklər.
Bazar ertəsi Vayss-im-Tal şəhərində qaçqınlar üçün nəzərdə tutulan daha bir sığınacaq "müəmmalı" şəkildə yanmışdı. Yerli hüquq-mühafizə orqanları hadisənin törədildiyini bildirirdi.