Bəşər Əsəddən sevincək jest

dunya
26-08-2015, 10:55 1050
Bəşər Əsəddən sevincək jest Suriya prezidenti: “Ruslara olan etibarımız sarsılmazdır".
Suriya prezidenti Bəşər Əsəd öz müttəfiqlərindən danışıb.
ANS PRESS-in məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd Livanın Əl-Mənər televiziyasına müsahibə verib. Nadir hallarda televiziya qarşısına çıxan Əsəd ona qarşı yönəlmiş beynəlxalq təzyiqlərə baxmayaraq, Rusiya və İranın dəstəyinə inandığını bildirib. Əsəd qeyd edib ki, İranla altılıq ölkələri arasında nüvə proqramına dair əldə olunan razılaşmadan sonra Suriyada münaqişənin həlli üçün Tehran və Moskvanın ona dəstək olmaqdan əl çəkəcəyi iddiaları doğru deyil.
Bəşər Əsəd: “Ruslara olan etibarımız sarsılmazdır. Onlar uzun illər boyu səmimi dost olduqlarını sübut ediblər. Ruslar bizi heç nəyə vadar etmirlər. Razılaşma təkcə biz özümüz - suriyalılar bir-birimizlə danışıqlar masası arxasında oturduqda mümkün olacaq”.
Bəşər Əsəd - Suriya prezidenti və Vladimir Putin - Rusiya prezidenti
Əsədin sözlərinə görə, Suriyada münaqişələrin yaxın gələcəkdə nizamlanacağı inandırıcı deyil. Əsəd qeyd edib ki,Suriyada münaqişənin həlli yalnız xarici ölkələr Suriyaya qarşı yönəlmiş təxribat və terrorizmin maliyyələşdirilməsi prosesini dayandırdıqda mümkün olacaq.
Prezident, eyni zamanda, ölkədə beynəlxalq müşahidəçilərin nəzarəti altında seçkilərin keçirilməsi məsələsinə də toxunub. Dövlət başçısı qeyd edib ki, beynəlxalq müşahidəçilərin seçkilərə nəzarət etməsi, əslində, Suriyanın suverenliyinin pozulması deməkdir.