Kral Putindən nə istədi?

dunya
26-08-2015, 10:18 917
Kral Putindən nə istədi? İordaniya Kralı II Abdullah Kremldə Rusiya prezidenti Vladimir Puinlə görüşüb. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşdə Suriya böhranı əsas müzakirə məsələsi olub. Kral Rusiyanın bu problemin həllində rolunu yüksək qiymətləndirib: "Biz Suriya böhranını həll etmək məcburiyyətindəyik. Rusiyanın bu məsələdə rolu əhəmiyyətlidir". Rusiya lideri isə Suriya böhranının tezliklə həllini tapacağına inandığını deyib. Kral Abdullah görüşün sonunda Putindən Suriya böhranını həll etməsini istəyib. Qeyd edək ki, avqustun 26-da Putin misirli həmkarı Abdulfəttah əl-Sisi ilə Suriya böhranını müzakirə edəcək.