İranın “kloun”laşdırdığı ABŞ şirkətləri

dunya
26-08-2015, 10:16 1030
İranın “kloun”laşdırdığı ABŞ şirkətləri İranda ABŞ-ın məşhur şirkətlərinin “kloun”u fəaliyyət göstərir.
Axar.az fins.az-a istinadən xəbər verir ki, İslam inqilabından əvvəl “Makdonals” İranda fəaliyyət göstərib. Amma 1979-cu ildən sonra ölkəni tərk etməli olub. Dünyaca məşhur ABŞ şirkətləri İrana girə bilməsə də, İran amerikansayağı “Makdonals” və “Koka-Kola”nı milliləşdirə bilib.
İranda yeni “Makdonals”ın bütün simvollarını daşıyan “Maş Donalds” şirkəti yaradılıb. Şirkət nümaynədələri bildirir ki, burada amerikan şəbəkəsinin avtomsferini yaratmağa çalışıblar. Səbəb isə əhalinin “Makdonals”ı tanıması, sevməsidir. Hətta orada satılan mallar, məşhur hamburqerlər də amerikan şirkətinin məhsullarıdır.
“Koka-Kola” əvəzinə milli “Nüşabə”
İnqilabdan sonra “Koka-Kola” şirkəti də İranı tərk etməli olub. Amma İran bu bazarı da boş qoymur. İranda “Koka-Kola” məhsulları “Nüşabə” adı ilə buraxılmağa başlanıb. 1994-cü ildə “Koka-Kola” özü bu zavoda məhsul buraxmaq üçün lisenziya da verib. Amma sonradan sanksiyaların zəifləməsi bu bazarda bir qədər qarışıqlıq yaradıb. Çünki ölkəyə əsl “Koka-Kola”lar da gətirililməyə başlanıb. İndi iranlılar içkiləri qablarına görə fərqləndirirlər.
“Pizza Hat” əvəzinə “Pizza Hutun”
“Maş Donalds”dan başqa, Tehranda “Kabooki Fried Chicken” şirkəti fəaliyyət göstərib. Bu şirkətin adının baş hərfləri ABŞ-ın KFC şəbəkəsinin adını təkrarlayır. Orada satılan məhsullar da eynen amerikanın KFC-sində olan məhsullarla eynidir.
Bundan başqa, Tehranda “Pizza Hat” əvəzinə “Pizza Hutun” da fəaliyyət göstərir.