Fransa Uzaq Şərqi silahlandırır

dunya
26-08-2015, 10:15 726
Fransa Uzaq Şərqi silahlandırır Fransanın Müdafiə naziri Jan-İv Le Drian Malayziya səfəri zamanı bu ölkəyə “Mistral” tipli vertolyot daşıyan gəmilər təklif edəcək. Axar.az xəbər verir ki, bu barədə Fransanın “Tribuneko” qəzeti məlumat verib. Qəzetin hökumət qaynaqlarından əldə etdiyi məlumata görə, Malayziya donanması “Mistral” gəmilərini almaqda maraqlıdır. Bu iddialar ortaya çıxdıqdan sonra məlum olub ki, sözügedən döyüş gəmilərini istehsal edən DCNS şirkəti ilə Kuala-Lumpur arasında əməkdaşılıq var. İmzalanmış müqaviləyə görə, şirkət hazırda Malayziya üçün “Govind” adlı korvet hazırlayır. Qəzet Hindistanın da “Mistral” ilə maraqlandığını irəli sürüb. - See more at: http://axar.az/news/62626#sthash.iPG3gRqY.dpuf