Avtobus sürücülərinə mükafat verdilər - FOTO

maraqli
9-08-2016, 12:11 1132
Avtobus sürücülərinə mükafat verdilər - FOTO
"BakuBus" nümunəvi fəaliyyət göstərən sürücülərini təltif edib.
Milli.Az xəbər verir ki, bu gün "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bir illik fəaliyyəti ilə bağlı olaraq, ictimai nəqliyyat vasitəsinin idarə edilməsi zamanı nümunəvi fəaliyyətinə, qaydalara yüksək əməl etdiyinə və sərnişin məmnunluğu qazandığına görə bəzi sürücüləri müxtəlif nominasiyalar üzrə təltif edib və qiymətli hədiyyələrlə mükafatlandırıb.
Tədbirdə çıxış edənlər sərnişindaşıma xidməti sahəsində sürücülük fəaliyyətinin xüsusi önəm daşıdığını deyiblər. Qeyd olunub ki, fəaliyyətə başladığı ilk gündən sərnişinlərin təhlükəsizliyini, rahatlığını, eyni zamanda, sərnişin-sürücü münasibətlərindəki xoşagəlməz məqamlara son qoymağı əsas fəaliyyət istiqaməti seçən şirkət peşəkar sürücülərin hazırlanması və onların sınaqdan keçirilməsində ən müasir standartlara əsaslanır. İş şəraitində yol verdiyi nöqsanlara görə inzibati qaydada məsuliyyətə cəlb olunun sürücülərlə yanaşı, nümunəvi fəaliyyəti ilə seçilən sürücülərin mükafatlandırılması, təltif olunması onlar üçün əlavə stimul yaradacaq və öz peşələrinə vicdanla, məsuliyyətlə yanaşmağı təmin edəcəkdir.
Təltif olunan sürücülər gələcəkdə sərnişindaşıma fəaliyyətində daha intizamlı və məsuliyyətli olacaqlarını bildiriblər.