Bu yolu rəngləyəcəklər

maraqli
5-08-2016, 12:15 1164
Bu yolu rəngləyəcəklər
"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin, zolaqların yenidən rənglənməsi işləri davam etdirilir.
Bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektində, daha dəqiqi Əziz Əliyev küçəsinin başlanğıcından Rixard Zorge küçəsinin kəsişməsinə qədər olan hissəsində yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Azəravtoyol" baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edir.