Çin "dəniz əcdahası" hazırladı - FOTO

maraqli
25-07-2016, 12:39 1169
Çin "dəniz əcdahası" hazırladı - FOTO
Çində dünyanın ən böyük amfibiya təyyarəsi istifadəyə verilib.
AsiaOne-a istinadən, bu təyyarə meşə yanğınlarının söndürülməsi və dənizdə xilasetmə əməliyyatlarının aparılması üçün nəzərdə tutulub.
AG600 adlanan təyyarə Boeing 737-dən də böyükdür. Onun maksimal uçuş məsafəsi 3600 kilometrdir. 20 saniyə ərzində 12 ton su yığa bilən təyyarənin maksimal uçuş çəkisi 53,5 tondur.
Təyyarəni Çinin Dövlət Aviasiya Sənayesi Korporasiyası istehsal edib və Çjuhay şəhərində nümayiş etdirib.