Dünyanın ən güclü quru qoşunlarına sahib beş ölkə:2030-da önə çıxan hansı olacaq? - Araşdırma

arasdirma
21-07-2016, 12:53 1371
Dünyanın ən güclü quru qoşunlarına sahib beş ölkə:2030-da önə çıxan hansı olacaq? - Araşdırma
Robert Farli
The National Interest (ABŞ), 19.07.2016
Soyuq savaş bitəndən sonra yerüstü hərbi əməliyyatların xarakteri ciddi dəyişikliyə uğradı. Hazırda hərbi təchizatına görə bərabər, ərazinin tutulması və yaxud azad edilməsinə aparan oxşar hərbi doktrinalı rəqibin darmadağın edilməsi məqədilə az əməliyyatlar keçirilrir. Bu cür əməliyyatların keçirilməsinə hazırlıq əvvəlkitək vacibdir, lakin quru qüvvələrinin tərkibindəki qoşun növlərinin xeyli başqa prioritetləri var. Həm də bəziləri (qiyamçılara qarşı və yaxud polis əməliyyatları) bizi müasir hərbi qurumun doğuluşuna qaytarır.
Terrorla müharibə və Rusiyanın möhkəmlənmək uğrunda müharibələri başa çatadan sonra yerüstü hərbi gücün nisbəti 2030-c ildə necə görünəcək?
Proqnozlar vermək çətindir – xüsusən də uzaq gələcəklə bağlı, lakin bir sıra yetərincə sadə məsələlər bu təhlildə bizə kömək edəcək. Bu araşdırma üçün xüsusən də üç sual şövqedici motiv oldu:
– ordunun milli resurslara, o cümlədən innovasyalı texnoloji bazaya çıxışı varmı?
– ordu onun müstəqilliyini sıxışdırmayan siyasi hakimiyyətin dəstəyindən kifayət qədər istifadə edirmi?
– ordunun təcrübəli biliklərə çıxış, gerçək dünyanın şəraitində öyrənmək və mükəmməlləşmək imkanı varmı?
Bu suallar nəzərə alınmaqla, demək olar ki, quru qoşunların böyük hissəsi 2030-cu ildə bu günün ən ölümcül qüvvələrini çox güclü şəkildə xatırladacaq, lakin cüzi və mühüm dəyişikliklərlə.
Hindistan
Hindistan dünya elitası səviyyəsinə qalxacaq. Bu ordu ən müxtəlif xarakterli intensiv döyüş əməliyyatları aparır: ölkədə maoçu partizan hərəkatı, Pakistan dəstəyindən yararlanan Kəşmir üsyançıları ilə mücadilə edir və ölkə daxilində xeyli sayda başqa irimiqyaslı əməliyyatlar keçirdir.
Eyni zamanda Hindistan ordusu Pakistana qarşı fəal hərbi əməliyyatlara yaxşı hazırlanıb, çünki gerçək şəraitə yaxın hərbi hazırlığın zərurətini artıq çoxdan dərk edib.
Bu təcrübə yekunda ona öz vərdşlərini cilalamağa və Nyu-Dehlinin xarici və daxili siyasətinin effektli aləti olmaq imkanı verib.
Hərbi texnika və silaha gəlincə, Hindistan quru qoşunları öz rəqiblərindən bir çox baxımdan geridə qalır. Lakin Hindistan hazırda praktik olaraq dünyanın bütün hərbi texnika bazarlarına çıxış əldə edib. Rusiya, Avropa, İsrail, Birləşmiş Ştatlar – hamısı öz hərbi təyinatlı məhsulunu Hindistana sataraq ölkənin inkişaf edən hərbi-sənaye kompleksuni tamamlayır. Hindistanın quru qoşunları HHQ və HDQ ilə rəqabətə məcburdur, lakin gələcəkdə müasir texnika və texnologiyalara çıxış əldə etməlidir və bunun sayəsində qorxunc qüvvə olacaq.
Fransa
Avropa ölkələrini hamısından çox Fransanın ən döyüş qabiliyyətli və gücü quru qoşunu olacaq. Fransa əvvəlki kimi dünya siyasətində mühüm rol oynamaq niyyətindədir və bu vəzifəni yeinə yetirməkdən ötrü yerüstü qüvvələrin effektivliyinə açıq şəkildə əmindir. O, gələcəkdə də bu cür mövqeyi saxlayacaq və ola bilsin, hətta ordunun möhkəmləndirilməsi prosesini sürətləndirəcək. Çünki Paris Avropa Birliyinin təhlükəsizlik aparatı və silahlı qüvvələrinin idarəsi üzrə bütün yeni funksiyaları öz üzərinə götürür.
Fransanın əvvəlk kimi həm daxili müdafiəyə, həm də ixracata fəal şəkildə işləyən möhkəm hərbi-sənaye kompleksi var. Quru qoşunları AB-nin, demək olar, bütün çoxmillətli kontingentinin əsasını təşkil edən müasir idarəçilik və rabitə texnikasına malikdir.
Fransa ordusunda müxtəlif miqyaslı və tezlikli hərbi əməliyyatların aparılmasında xeyli təcrübə var. Fransızlar terrorla mübarizədə yerli əhaliyə dəstək və rəqibin nizamsız qüvvələrini darmadağın etmək üçün nizami və elitar qoşunlardan istifadə etməklə Əfqanıstan səhnəsində və Şimali Afrikada iştirak ediblər. Quru qoşunları həmçinin silahlı qüvvələrin digər iki növünün xidmətindən istifadə edir. Fransa hərbi-dəniz qüvvləri heybətli ekspedisiya imkanlarına malikdir, HHQ isə döyüş meydanına zərbələr endirməklə kəşfiyyat aparıb nəqliyyat vəzifələrini icra edərək daha çox döyüş dəstəyi və təminata cəmlənir.
Rusiya
Rusiya quru qoşunları soyuq savaşın sonunda resursların, canlı qüvvənin, siyasi çəkinin xeyli hissəsini itirməklə əzablı transformasiya dövründən keçib. Qırmızı ordunu təmin edən hərbi-sənaye kompleksi yavaş-yavaş dağılaraq quru qoşunları köhnəlmiş və pis xidmət edilən silahla buraxdı. Qoşunların döyüş ruhu zəiflədi və çeçenlərin, digər yaraqlıların nizamsız dəstələri ilə döyüşlərdə ordular çətinə düşürdü.
Hər şey dəyişilməsə də, çox şey dəyişilib. Rusiya iqtisadiyyatının yaxşılaşması orduya böyük vəsait qoymağa imkan verdi. İslahat – xüsusən də elit qoşunlarda – Rusiyaya Çeçenistan müharibəsində qalib gəlməyə imkan verdi. Rusiya ordusu 2008-ci ildə Gürcüstanı sürətlə darmadağın etdi, 2014-cü ildə isə Krımın işğalı üzrə əməliyyata başçılıq etdi. Bütün bunları Rusiyanın möhkəmlənməsi uğrunda hələlik başa çamamış müharibələr adlandıra bilərik. Rusiya quru qoşunları Moskvanın yaxın xarici idarəçiliyində əsas rol oynayır.
Bu qoşunlar 2030-cu ildə ölümcül qüdrətini saxlayacaq və bununla belə, ciddi problemlərlə üzləşəcək. Gələcəkdə müasir texnologiyalara çıxışla bağlı çətinliklərə məruz qala bilər. Sovet hərbi-sənaye kompleksinin cançəkişməsi bitib və ondan sonra bütün istiqamətlərdə çətin olan innovasiya və istehsalat sistemi qalıb. Həmçinin canlı qüvvə ilə bağlı problemlər meydana çıxa bilər, çünki quru qoşunları (əhalinin sayının azalması ilə bağlı özünü tükədən) köhnə çağırış sistemi ilə elit qoşunların xüsusi rol oynadığı könüllü yığım arasında ilişib qalıb. Lakin Rusiyanın qonşuları Rusiya ordusunun həcmindən və xüsusən də hibrid deyilən əməliyyatlardan hələ uzun müddət xoflanacaq.
Amerika Birləşmiş Ştatları
ABŞ quru qoşunları, ən azı, 1991-ci ildən yerüstü hərbi qüvvələrin qızıl standartını təmsil edir. 1991-ci ildə İraq ordusunun darmadağın və 2003-cü ildə tam məhv edilməsi soyuq müharibədən sonra yerüstü əməliyyatlarda ən görkəmli uğurlar kimi qalmaqdadır. Quru qoşunları son 15 ildə İraq və Əfqanıstanda hərbi əməliyyatları davam etdirir, xüsusi təyinatlı qoşunlar isə daha uzaq məsafədə hərəkət edir. Amerika quru qoşunlarının hərbi innovasiyalar sisteminə əvvəlki təktam çıxışı var. O, ümumi piroqu HDQ, HHQ və dəniz piyadası korpusu ilə bölüşür və son onillikdəki inamsız inkişafa baxmayaraq, bu piroq indiyədək olduqca böyükdür. Ordunun sərəncamındakı hərbi texnikanın bir qismi soyuq müharibə dövrünə aiddir, lakin demək olar, hamısı modenləşdirilmədən keçib və şəbəkə strukturlu müasir müharibənin tələblərinə uyğundur. Dünyada ən zəngin pilotsuzlar çeşidi ABŞ quru qoşunlarındadır və döyüş meydanını müşahidə prosesində ölümcül və dəqiq atəş açmağa imkan verir.
Hətta quru qoşunları terrorla 15 illik müharibə aparmaq təcrübəsinə malikdir. Bu, hindularla müharibə dönəmindən bəri ən uzunmüddətli fasiləsiz hərbi əməliyyatlar dövrüdür. Əlbəttə, bu təcrübədə təhlükələr də gizlənib və təşkilati tükənmə bunların sonuncusu deyil. Bu, İraq və Əfqanıstanda fasiləsiz müharibələr fonunda xüsusi təşviş doğurur. Buna baxmayaraq, ABŞ quru qoşunları 2030-cu ildə də qalan hamını üstələməklə ən qüdrətli yerüstü hərbi güc olaraq qalacaq.
Çin
1990-cı illərin əvvəlindən, bəlkə də, bir az öncədən Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) quru qoşunlarında dərin islahat keçirilir. ÇXAO-da müəyyən ünsürlər onilliklər boyu Çin Kommunist Partiyasının daxilində bu və ya digər siyasi fraksiyaların zamini qismində çıxış edir. İslahat prosesi ciddi şəkildə getməyə başlarkən ÇXAO xeyli sayda kiçik müəssisəni öz idarəçiliyi altına alıb eyni dərəcədə kommersiya və hərbi qurum oldu.
ÇXAO əsgərləri məşq zamanı
1990-2000-ci illərdə Çin iqtisadiyyatının coşqun inkişafı başlarkən durum dəyişməyə başladı. Maliyyələşmə və innovasyalı texnologiyaların güclənən sektoruna çıxış əldə edən ÇXAO-nun yerüstü ünsürləri səmərəli olmağa və islahatdan keçməyə başladı və yekunda müasir hərbi təşkilata çevrildi. ABŞ kimi ÇXAO quru qoşunları da maliyyə piroqunu bir neçə son dərəcə acgöz tərəfdaşla bölüşməlidir. Çinin dəniz və hava gücünün ziyanına olaraq diqqəti quru qoşunlarına cəmlədiyi dövr qəti və dönməz şəkildə başa çatıb. Bundan başqa, ÇXAO Çin Kommunist Partiyasının daxilindəki fraksiyalar mübarizəsindən heç cür yayına bilmir. Onlar öz aralarında olduqca sıx şəkildə bağlıdır və bununla da Qərbdəki mülki və hərbi münasibətlərdən güclü şəkildə fərqlənir.
Hərbi texnika və silahların kütləvi modernləşdirilməsi, gerçək şəraitə yaxınlaşdırılmış hərbi hazırlıq, həmçinin ordunun peşəkarlaşdırılması üzrə fəaliyyəti quru qoşunların islahatına aid etmək olar. ÇXAO ABŞ ordusu qədər maliyyə almır, lakin elə bir tükənməz canlı qüvvə ehtiyatına malikdir ki, demək olar, dünyada heç bir orduda yoxdur. ÇXAO-da çatmayan yeganə şey hərbi əməliyyat təcrübəsidir. Çünki Çin Vyetnama qarşı müharibədən sonra əməliyyat aparmayıb və yeni yüzilliyin iri münaqişələrinə qatılmayıb. Bununla belə, güman etməyə bütün əsaslar var ki, qarşıdakı 15 ildə ÇXAO-nun modernləşmə sahəsində tendensiyaları və islahatların həyata keçirilməsi dəyişilməyəcək.
Yekun fikirlər
Yekunda “güclü ordunu necə qurmalı?” sualına cavab ağrılı dərəcədə sadədir. Zəngin insan kapitalı və əhalisi ruh yüksəkliyi içində olan dövlətlər etibarlı, müasir iqtisadiyyatlarından yararlanıb hərbi işlərdə uğurlu ola bilər. Təcrübə də gərəksiz məsələ deyil. Lakin sadə cavablar heç də bildirmir ki, bu qaydaları yerinə yetirmək asan və sadə olacaq.
Tərcümə Strateq.az-ındır.