Əli Ağca keşiş olmaq istəyir

maraqli
14-07-2016, 10:42 1050
Əli Ağca keşiş olmaq istəyir
"Papa Fransisk məni qəbul edərsə, katolik kilsəsində keşiş olmağa hazıram".
Report-a istinadən, bunu 1981-ci ildə Roma Papası II Pavelə sui-qəsddə ittiham olunaraq, 25 il həbsdə olmuş Mehmet Əli Ağca İtaliyanın "Kanal5" telekanalının "Top secret" proqramına müsahibəsində deyib.
"Türkiyədə mən vaxt itirir, təqaüdçü kimi yaşayıram. Ona görə də Fransiskdən xahiş edirəm ki, Vatikanda məni qəbul eləsin və keşiş olum", - deyə 58 yaşlı Əli Ağca vurğulayıb.
O, "İncil"i öyrəndiyini və müqəddəs xristian mətnlərini yaxşı bildiyini söyləyib.