Bakıda qeyri-adi "Lada" görənləri heyran etdi - FOTO

maraqli
13-07-2016, 12:01 1275
Bakıda qeyri-adi "Lada" görənləri heyran etdi - FOTO
Azərbaycanlıların maşın həvəskarı olduğu heç kimə sirr deyil. Dünyada ən məşhur marka avtomobillərini paytaxtımızın küçələrində şütüyən görə bilərik. Ancaq bəzən maraqlı ideyalara əl atanlara da rast gəlirik.
Publika.az-a istinadən, avtomobil satışı ilə məşğul olan məşhur saytların birində Lada "Priora" markalı avtomobilin reklamı yerləşdirilib. Bu avtomobil zavoddan çıxan "adaş"larından çox fərqlənir. İdeya müəllifi maşını elə "yığdırıb" ki, adam baxdıqca baxmaq istəyir. Gümüşü rəngli "Priora"ya xrom vinil çəkilib. Eksklüziv sport yığılan qapılar standart olaraq yana yox, yuxarı açılır. Bundan başqa, avtomobilin içi də bir çox xarici markalı avtomobillərdə olan cihazlarla təchiz edilib.