İŞİD-ə hələ belə meydan oxunmamışdı - FOTO

maraqli
12-07-2016, 15:32 1068
İŞİD-ə hələ belə meydan oxunmamışdı - FOTO
İraqın şimalında, kürdlərin kompakt yaşadığı ərazilərdə "İraq və Şam İslam Dövləti"nə (İŞİD) qarşı vuruşan amerikalı Luis Parkın dediyinə görə, döyüşlər arasındakı fasilələrdə "pokemon ovu"na çıxır.
İnverse-ə istinadən, o, Tvitter-profilində yazıb: "Az əvvəl Skvirtl adlı pokemonu tutdum. İŞİD-i pokemonlarla matça çağırıram, onlara meydan oxuyuram. Raketlər zəiflər üçündür".
L.Parkın dediyinə görə, Mosul şəhərindən 25 kilometr aralıdadır.
"Əslində, smartfonda oyun oynamağa o qədər də vaxt tapa bilmirəm. Döyüş bölgəsində rabitə zəif olduğundan smartfonun yalnız baza funksiyalarından yararlana bilirəm. Ama Dohuk və Ərbil şəhərlərində "Pokemon GO" oynayanlar çoxdur", - L.Park söyləyib.

American serving in a Kurdish militia challenges ISIS to throw down in Pokemon Go pic.twitter.com/S9uFRSkdiN

- entropy disliker (@mylittlepwnies3) 10 июля 2016 г.