Britaniyalı fotoqraf qeyri-adi varlıqların şəklini çəkdi

maraqli
28-06-2016, 12:16 1139
Britaniyalı fotoqraf qeyri-adi varlıqların şəklini çəkdi
İngiltərəli fotoqraf Con Rutlec Uels təpələrində çəkdiyi fotoşəkilləri təhlil edərkən rəsmlərdə şəffaf varlıqların da əks olunduğunu görüb.
Ölkə.az-a istinadən, böyüdücülərdən istifadə edən fotoqraf görüklərindən heyrətə gəlib. Bunlar qanadları olan insana bənzər kiçik uçan varlıqlar idi. Rəssam obyektivinə təsadüfən elflərin düşdüyünə əmindir.
"Mən uşaqlıqdan paranormal hallarla üzləşməyi arzu edirdim. Britaniya nağıllarında Uels meşələrində uçan sehrli varlıqların olmasından danışılır. Mən onlarla qarşılaşdım",- deyə xoşbəxt fotoqraf bildirib.
Ekspertlər şəkillərin fotomontaj olub-olmamasını araşdırırlar.