Yalançı ananas - FOTO

maraqli
24-06-2016, 11:23 1121
Yalançı ananas - FOTO
Realfakt.az qabaqdan ananasın hazırlanması qaydasını təqdim edir

Gözüyumulu dadanda heç kim onun ananas deyil, qabaq olduğunu anlamır. Heç salatlarda da bilinmir.

Tərkibi:

1 kq təmizlənmiş qabaq
350 q ananas şirəsi
0,5 st. şəkər tozu
2/3 ç.q. limon turşusu
bıçağın ucunda vanil

Təzə qabaq götürün. Ortasını çıxarın. Qabaqdan başqa digər ərzağı qazana töküb qarışdırın. Ocağın üstünə qoyun. Qabağı əlavə edib qaynara düşəndən sonra 15 dəqiqə bişirin. Arada səliqə ilə qarışdırın. Sterilizə edilmiş bankalara yığıb bağlayın. Soyuyanadək isti ədyala bükün. Sonra isə soyuq yerdə saxlayın.

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.