Türkiyədə 600 nəfərlik ölüm qrupu: “Ölümsüz APO-çu Fədailər Batalyonu” – DƏHŞƏT SSENARİSİ

dunya
25-08-2015, 11:30 801
Türkiyədə 600 nəfərlik ölüm qrupu: “Ölümsüz APO-çu Fədailər Batalyonu” – DƏHŞƏT SSENARİSİ PKK terror təşkilatı kürd məsələsinin həlli üzrə aparılan danışıqlara baxmayaraq, 2013-cü ilin sentyabr ayından etibarən Türkiyə torpaqlarına mərhələli şəkildə silahlı qruplar keçirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda ölkə ərazisində 2500 PKK terrorçusunun olduğu müəyyənləşdirilib.
Ölkə sərhədlərindən kənarda isə bu rəqəmin təxminən 9 min olduğu bildirilir. Məlumata görə, PKK şəhərlərdə terror aktlarının həyata keçirilməsi üçün Suriya, İran və İraq olmaqla xarici ölkələrin vətəndaşlarını seçir.
Yaralı ələ keçirilən, yaxud da təslim olan PKK terrorçularının verdiyi məlumatlar da göstərir ki, terror təşkilatı xarici vətəndaşlardan şəhər mərkəzlərində yaxın vaxtlarda həyata keçiriləcək kamikadze hücumlarında istifadə edəcək. PKK-nın həmçinin “Ölümsüz APO-çu Fədailər Batalyonu” adını verdiyi, böyük əksəriyyəti qadınlardan təşkil olunan 600 nəfərlik kamikadze qrupunu yetişdirdiyi bildirilir. Kamikadze qrupunun təhlükəsizlik güclərin axtarışında olmayan və deşifrə edilməyən şəxslərdən seçildiyi deyilir. Məlumata görə, “Ölümsüz APO-çu Fədailər Batalyonu” PKK-nın Şimali İraqdakı düşərgələrində yerləşdirilib və hərəkətə keçmək üçün əmr gözləyir.
Kamikadze qrupunun PKK-nın liderlərindən olan Murad Karayılanın başçılıq etdiyi Mərkəzi Qərargah Komandirliyinə bağlı olduğu deyilir.