Əhməd Davudoğlu Avrasiya tunelində görülən işlərlə tanış olub

dunya
24-08-2015, 11:16 885
Əhməd Davudoğlu Avrasiya tunelində görülən işlərlə tanış olub İstanbul boğazının altından keçən Avrasiya tunelində qazma işləri başa çatıb.
Trend-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin Baş naziri Əhməd Davudoğlu tuneldə görülən işlərlə tanış olub.
Ümumi uzunluğu 14.6 kilometr olan tunelin 3.4 kilometrlik hissəsi İstanbul boğazının altından keçir.
Bütövlükdə 2 milyard 245 milyon ABŞ dollarına başa gələcək tunelin 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.